Qala Sığorta Xankəndi şəhərində nümayəndəlik açdı

GÜNDƏM 07 dekabr 2024, 18:56
Bazarın ən geniş xidmət şəbəkəsinə malik olan Qala Sığorta Şirkəti növbəti,  sayca 15 - ci nümayəndəliyini Xankəndi şəhərində istifadəyə verdi. Bununla da şirkət işğaldan azad olunmuş ərazilərdə biznes mühitinə və məşğulluğun təmin olunmasına öz töhfəsini vermiş oldu.Belə ki, müasir standartlara cavab verən Xankəndi nümayəndəliyinin ofisində yalnız yerli sakinlər çalışacaqlar.

Cəmiyyətdən  Demokrat.az-a verilən  məlumata görə, nümayəndəliyin təntənəli açılışı  06 dekabr 2024 cü ildə baş tutub.Açılış mərasimində Xankəndi şəhər rəsmiləri, şirkətin Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri , habelə Vətən müharibəsinin iştirakçıları olan əməkdaşları da iştirak ediblər.

Xatırladaq ki, Qala Sığorta Şirkətinin yeni 3 illik strateji planlamasındq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında xidmət şəbəkəsinin genişləndirilməsi  prioritet təşəbbüslər sırasındadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 fevral 2025, 11:32
05 fevral 2025, 11:25
05 fevral 2025, 10:46
05 fevral 2025, 09:49
Top