İsrail HƏMAS-ın HHM qüvvələrinin başçısının öldürüldüyünü açıqlayıb

DÜNYA 06 dekabr 2024, 23:36
İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Qəzza zolağında HƏMAS-ın hava hücumundan müdafiə (HHM) qüvvələrinin rəhbəri Nidal Əl-Nəccarın öldürüldüyünü açıqlayıb.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, mətbuat xidmətinin məlumatına görə, Əl-Nəccar müharibə boyu İsrail dövlətinə və İsrail qoşunlarına hücumların rəhbərlərindən biri olub.

“Məqsədli əməliyyat zamanı HƏMAS-ın Qəzza şəhərindəki hava bölməsinin rəhbəri və Qəzza zolağında HƏMAS-ın hava hücumundan müdafiə
bölməsinin komandiri Nidal əl-Nəccar məhv edilib”, - məlumatda deyilir.

Qurumdan bildirilib ki, İsrail ordusu İsrailin mülki şəxslərinə və Müdafiə Qüvvələrinə qarşı terror fəaliyyətlərində iştirak edən hər kəsi təqib etməyə davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 23:50
16 aprel 2025, 22:59
Top