18 yaşlı qız faciəvi şəkildə öldü

HADİSƏ 06 dekabr 2024, 21:17
Samuxda 18 yaşlı qız faciəvi şəkildə ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sərkər kəndində qeydə alınıb. 

İlkin məlumata görə, 18 yaşlı Fidan Abbaszadə hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. 

Hadisə yerinə Samux rayon Prokurorluq və Polis Şöbəsinin əməkdaşları cəlb olunub. 

F.Abbaszadə evin tək uşağı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top