İsveçdə "Qarabağ" azarkeşləri üçün 600-dən çox bilet ayrılıb

İDMAN 06 dekabr 2024, 15:07
UEFA Avropa Liqası matçında İsveçdə yerli "Elfsborq" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.

Demokrat.az
xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, komanda dekabrın 10-da, saat 18:00-da sözügedən ölkəyə yollanacaq. Ağdam təmsilçisi qarşılaşmadan sonra Bakıya qayıdacaq.

"Köhlən atlar"ın azarkeşləri üçün 600-dən çox bilet ayrılıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top