İtaliyalı rahibə ölkənin ən güclü mafiya şəbəkəsi ilə əlaqəyə görə həbs edilib.
Demokrat.az xəbər verir ki, bu barədə The Guardian yazır.
İtaliyada hüquq-mühafizə orqanlarının genişmiqyaslı əməliyyatı zamanı güclü “Ndrangheta” mafiya qrupuna aid olmaqda şübhəli bilinən 25 nəfər həbs edilib.
Saxlanılanlar arasında bir rahibə də var.
Rahibənin 2010-cu ildən Milanın San Vittore həbsxanasında könüllü kimi çalışdığı, həmçinin Pavia və Romadakı müəssisələrdə işlədiyi bildirilir.
Onun missiyası məhbuslara girişi təmin edib, şübhəlilərlə əlaqə saxlamağa imkan yaratması olub.
Əfsanə Kamal Demokrat.az

