Türkiyədə oyunda dava — 14 futbolçu qırmızı vərəqə aldı

İDMAN 05 dekabr 2024, 12:19
Türkiyə Həvəskarlar Liqasının C Qrupunda keçirilən “Dinar Belediye Spor” - “Demir Çevre Spor “matçında gərginlik baş verib.

12 xalla liderlik uğrunda yarışan iki komandanın qarşılaşması Dinar rayon stadionunda keçirilib. Matçın 45-ci dəqiqəsində "Dinar Belediyespor"un futbolçuları rəqib futbolçuların cərimə zərbəsindən əvvəl topu oyuna gec daxil etməsinə reaksiya veriblər. İki komandanın futbolçuları arasında şifahi mübahisədən sonra dava düşüb. Futbolçular meydanda bir-birini itələyərək yumruq və təpiklər atıblar. Hakim "Dinar Belediye Spor" və "Dəmirçevre Spor" klublarının hər birinin meydanda olan 5, ehtiyat oyunçular skamyasında olan isə 2 futbolçusuna qırmızı vərəqə göstərib.

Komandadakı oyunçuların sayı 7-dən aşağı düşdüyü üçün matç ləğv edilib. (Metbuat.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top