Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun anasının əməliyyat olunacağı tarix bəlli olub.
Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az-a mərhum qrosmeysterin bacısı Samirə Allahverdiyeva məlumat verib.
O bildirib ki, anası Aida Həşimova sabah əməliyyat olunacaq:
"Atam müalicəsini Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirir. Həkimlər tərəfindən sevindirici xəbər verildi ki, alov daxili orqanlara zərər verməyib. Anam sabah əməliyyat ediləcək. 2-3 gün sonra isə daha bir əməliyyat keçirəcək. O, "Yeni Klinika"da müalicə alır. Özləri ilə danışmışıq. Hər ikisinin vəziyyəti hazırda orta ağırdır".
Qeyd edək ki, Vüqar Həşimovun atası Qasım Həşimova hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, anası Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.