Əhali, xüsusən də azyaşlılar arasında hazırda virus infeksiyaları yayılıb. Qızdırma, boğaz ağrısı, ishal, qusma, iştahsızlıqla müşayiət olunan xəstəliyin əlamətləri qrip, soyuqdəymə ilə oxşar olduğundan valideynləri çaşdırır, bir çoxları həkimə müraciət etmədən evdə müalicəyə üstünlük verirlər. Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında bunun təhlükəli hal kimi bəzən kiçik yaşlı uşaqların səhhətində ağırlaşmalara səbəb olduğunu deyib:
"Səhhətində ağırlaşmalar olan uşaqlara rast gəlinir. Səbəb budur ki, valideyn zamanında uşağı tibb müəssisəsinə aparıb həkim müayinəsindən keçirmir, xəstəliyi adi soyuqdəymə hesab edib özü bildiyi müalicələri edir, nəticədə düzgün tibbi müalicə aparılmır və bu da ağırlaşmalara gətirib çıxarır. Hazırda yuxarı tənəffüs yollarının iltihabı xəstəliyi artıb. Bu da qızdırma, boğaz ağrısı, boğazda qıcıqlanma, burun axması, öskürək, halsızlıqla müşayiət olunur. Bəzi insanlarda, o cümlədən də uşaqlarda, kiçik yaşlılarda iştahsızlıq, qarın ağrısı, qusma, mədə-bağırsaq problemləri yaradır. Bu, insanları həddindən artıq halsızlaşdırır, zəiflədir. Bu cür halları yaradan adi soyuqdəymə deyil, virus mənşəli infeksiyalardır. Adətən, uşaqlar arasında daha çox rast gəlinən bu cür xəstəlik indi orta və yaşlı insanları da yaxalayır. Bu, rotovirus da ola bilər, başqa virus da. Mütləq müayinə olunmaq lazımdır ki, xəstəliyin mənşəyi düzgün müəyyən edilsin".
Həkim qeyd edib ki, hazırkı virus infeksiyası mədə-bağırsaqlarda iltihabi proses törədir:
"Bu da ürəkbulanma, qusma, ishalla nəticələnir. Proses azyaşlılarda və immuniteti zəif insanlarda daha ağır gedir. Ən çox həssas olan qrup isə 3 yaşadək uşaqlardır. Onlarda proses xüsusilə ağır gedir, qızdırma ilə müşahidə oluna bilir. Yaşlı insanlar isə xəstəliyi nisbətən yüngül keçirə bilir. Onlarda proses adətən ishalla müşahidə olunur, qızdırma isə olmur. Ürək bulanması və iştahsızlıq da müşahidə oluna bilər. Valideynlər niyə simptomları səhv salır, çünki bəzən koronavirusun və qripin bəzi simptomları arasında qarın işləməsinə də rast gəlinir. Viruslar bağırsaqlarda iltihabi proses yaradaraq diareya simptomu yarada bilirlər".
Ş. Məmmədov bildirib ki, əhali arasında virus infeksiyalı xəstəliyin yaranmasına səbəb havaların soyuması ilə əlaqədar immunitetin zəifləməsiylə bədənin infeksiyalara qarşı gücsüzləşməsidir:
"Ona görə də tövsiyə edirik ki, ilk növbədə immunettin möhkəmlənməsinə çalışsınlar. Meyvə-tərəvəzlərdən çox istifadə edilsin, uşaqların qidalanmasına və xüsusən gigiyenasına fikir versinlər. Xəstəlik ağırlaşmamış həkimə müraciət etsinlər, lazımi müalicə alsınlar. Həkim məsləhəti olmadan dərman prepaatları qəbul etməsinlər".
Törə Zeynallı
Demokrat.az