Moskvada təhsili olmayan həkim iki xəstəyə plastik cərrahiyyə əməliyyatı edib.
Demokrat.az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.
Verilən məlumata görə, “tibb” işçisi ilk əməliyyatını 2024-cü il iyulun 6-da Lyublinskaya küçəsindəki mənzillərdən birində edib.
Cərrahi müdaxilə nəticəsində xəstənin göz qapaqları hərəkət qabiliyyətini qismən itirib.
İş üzrə təqsirləndirilən Kaşirskoye şossesində yerləşən tibb məntəqəsində növbəti əməliyyat keçirib. Müdaxilədən sonra ikinci xəstə də reanimasiyaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həkimin kabinetinə baxış zamanı onun həyata keçirdiyi prosedurların fotoşəkilləri olan mobil telefonunu tapıblar.
Onun üzərindən dövlət qeydiyyatına alınmayan dərman preparatları da aşkar edilib.
İstintaq Komitəsi həkimin plastik cərrahiyyə üzrə ixtisasının olmadığını dəqiqləşdirib. İndi qadın ev dustaqlığına buraxılıb.
Əfsanə Kamal
Demokrat.az