"Bu gün məni bərbad duruma salan plastik cərrah Ülviyyə İlyasovanın məhkəməsinə gedirəm. Onun qaynı arvadının ölümü ilə bağlı məhkəmədə iştirak edəcəm.
Məhkəmədə həm şahid, həm də şikayətçi qismində olacam".
Bu sözləri Sitat.info-ya Ülviyyə İlyasovanın keçmiş pasiyenti və zərərçəkən Mila Bekova deyib.
M.Bekova deyir ki, ötən həftə yenidən əməliyyat olunub: "Ötən həftənin dördüncü günü yenidən əməliyyat olundum. 3 günün əməliyyatından çıxan adamın vəziyyətini özünüz düşünün. Məhkəmədən çıxıb, daha sonra yaralarımın yuyulması üçün həkimə getməliyəm".
Qeyd edək ki, plastik cərrah, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın qaynı arvadı 35 yaşlı Bəsti Hacıyevanın ölümünə səbəb olduğu bildirilir.