"Empire State Building" ölçüsündə bir asteroid kəşfindən düz 11 il sonra, 4 dekabr 2024-cü il çərşənbə günü Yer kürəsinin yanından keçəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
450 metr diametrə malik bu asteroid ilk dəfə 11 il əvvəl kəşf olunub. Alimlər onun Yerə yaxınlaşmasını hər il baş verən nadir hadisə kimi qiymətləndirirlər. Lakin bu obyektin planetimiz üçün heç bir təhlükə yaratmayacağı vurğulanır.
Asteroidin Yerə ən yaxın olduğu vaxt Azərbaycan saatı ilə səhər 8:27-də qeydə alınacaq. O, planetimizdən 2,2 milyon kilometr uzaqlıqda keçəcək. Bu, Ay ilə Yer arasındakı məsafənin təxminən 5,7 qatıdır.
Mütəxəssislər bu cür yaxınlaşmaların Yer kürəsinin və asteroidlərin təkamülünü anlamaq baxımından elmi əhəmiyyət daşıdığını bildirirlər.
NASA tərəfindən "potensial təhlükəli obyekt" kimi təsnif edilən 2020 XR adlı asteroid 4 dekabr 2024-cü il tarixində Yer kürəsinə yaxınlaşacaq. Bu asteroid ilk dəfə 4 dekabr 2020-ci ildə Havay adalarında yerləşən "Panoramic Survey Telescope and Rapid Response System 2" (Pan-STARRS) layihəsi çərçivəsində aşkar edilib.
2020 XR "Apollo" sinfinə aid bir asteroiddir. Bu sinifə daxil olan obyektlər Yerin orbitini kəsişən trayektoriyalara malikdir və Günəş ətrafında daha böyük orbitlərdə hərəkət edir. Alimlər 2028-ci ildə bu asteroidin Yer kürəsinə toqquşma ehtimalını 1:11 000 nisbətində qiymətləndirmişdilər. Hazırda bu ehtimal sıfıra bərabərdir və obyekt heç bir təhlükə yaratmır.
NASA-nın məlumatına görə, Yerdən 7,4 milyon kilometr məsafədə keçən və çəkisi 676 kiloqramdan çox olan hər bir obyekt "potensial təhlükəli" hesab olunur.
Jalə
Demokrat.az