İstilik cihazları quraşdırılarkən nələrə diqqət edilməlidir? — VİDEO

SOSİAL 01 dekabr 2024, 17:57
Dəm qazından olan ölümlərin səbəbi əksər vaxtlarda insanların məsuliyyətsizliyidir.

Vətəndaşlar istilik cihazlarını düzgün quraşdırmır və təhlükəsizlik qaydalarına əməl etmirlər. Bu da bəzi vaxtlarda bədbəxt hadisələrlə nəticələnir.

Fövqəladə Hallar Nazirliyinin rəsmisi Vüsalə Zahirova bildirib ki, istifadə olunan qaz cihazlarına heç bir kustar üsulla müdaxiləyə yol verilməməlidir:

"Qaz cihazlarının işlədiyi məkanların hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Belə məkanlarda nəfəsliklər açıq olmalıdır. Hamam otaqlarında isə qapıların aşağı hissələrində dəliklər açılmalıdır. Bundan əlavə, tüstü bacaları ildə ən azı 2 dəfə təmizlənməlidir".

Daha ətraflı Baku TV-nin materialında:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top