"İlk öncə onu qeyd etmək lazımdır ki, müqavilənin İsraillə Livan arasında bağlandığı deyilsə də, mətndə qeyd olunan şərtlər daha çox İsraillə "Hizbullah" arasında razılaşdırılıb. Dövlətlə təşkilat eyni mərtəbədə qurum olmadığı üçün müqavilə Livanla bağlanmış kimi göstərilir. Halbuki İsrail Livanın cənubunda "Hizbullaha" qarşı keçirdiyi əməliyyatlarda Beyrutla döyüşməmişdi. Onlar İsrailin əraziyə daxil olacağını bilirdi. Buna Livanın dövlət başçısı da icazə vermişdi. BMT və Livan qüvvələri cənubdan şimala keçib əməliyyatlar üçün şərait yaratmışdı. Bu baxımdan əməliyyatlar "Hizbullah" və İsrail arasında gedirdi".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Atəşkəsin uzun müddətli olacağını düşünmürəm. Yanvara qədər ən yaxşı halda fevral, mart ayına qədər uzana bilər. İsrail "Hizbullah" və ya "HƏMAS" kimi qüvvələri tam sıradan çıxarmadan sülh imzalanması real deyil. Hər bir ölkənin ilk vəzifəsi təhlükəsizliyini təmin etməkdir. İsrailin ətrafında iki proksi qüvvə var. Onlar birbaşa İrandan dəstəklənən radikal, dini, silahlı qruplaşmalardır. İsrailin də əsas düşməni İrandır".
O bildirib ki, bu qüvvələr tam məğlub edilmədən İsrailin təhlükəsiz ölkə olduğunu deyə bilmərik:
"İsrail Livanda "Hizbullah"ın kökünü kəsə bilmədi. Qəzzada "HƏMAS" da məğlub edilmədi. Ona görə də bu sülh müvəqqətidir. Donald Trampın yenidən hakimiyyətə gəlməsi fonunda regionda aktivlik müşahidə ediləcək".
Əfsanə Kamal
Demokrat.az