“Türkdilli ölkələrin istehsal etdiyi məhsulların “Made in Turan” adı ilə bazara çıxarılması hər bir türk dövlətinə çox şey vəd edir. Bu, həmin ölkələrdə istehsalın genişlənməsinə, iqtisadiyyatın inkişafına və ümumdaxili məhsulun nəticə etibarilə artmasına gətirib çıxara bilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
Ekspert qeyd edib ki, bununla həmin məhsulların rəqabət qabiliyyətliyi təmin ediləcək:
“Amma burada vacib bir məsələ var ki, sözügedən ölkələrin iqtisadi əlaqələri getdikcə genişlənməlidir. Onların həm dövlət, həm hökumət səviyyəsində, həm də sahibkarlar səviyyəsində istehsal sahələri, subyektləri arasında əlaqələr günü-gündən inkişaf etməlidir. Yəni söhbət birgə məhsul istehsalından gedir.
“Made in Turan” brendi ilə dünya bazarlarına çıxarılacaq məhsullar arasında türk dövlətlərinin birgə istehsal etdikləri məhsullar olmalıdır, mənim fikrimcə. Bu və ya digər türk ölkəsinin ayrı-ayrılıqda istehsal etdiyi məhsulun “Made in Turan” adı ilə dünyaya çıxarılması həmin dövlətin əlahiddə iqtisadiyyatı üçün heç bir şey verə bilməz. Bu elə məhsullar olmalıdır ki, birgə istehsalın nəticəsi olsun və sözügedən ölkələrin birgə məhsulları sayılsın”.
Qeyd edək ki, Türkdilli ölkələrin məhsulları "Made in Turan" brendi ilə bazara çıxarılacaq. "Made in Turan" markası ilə ilk məhsullar Azərbaycanda ilk dəfə keçirilən Turan E-Ticarət və İxracat Forumunda təqdim edilib.
Törə Zeynallı
Demokrat.az