Arvadı məşhur futbolçunun başında kompüter sındırdı

İDMAN 27 noyabr 2024, 12:22
Rusiya millisinin və Sankt-Peterburq "Zenit"inin keçmiş futbolçusu Andrey Arşavin "Kartlar, pullar, iki top" verilişində maraqlı etiraf edib.

Demokrat.az
xəbər verir ki, məşhur futbolçu keçmiş həyat yoldaşı Yuliya Baranovskayanın onun başında kompüter sındırdığını deyib.

"Yulka bir dəfə məni kompüterlə vurdu. Mən divanda uzanmışdım, o gəldi və kompüteri başıma vurdu", - deyə Arşavin bildirib.

Veteran futbolçu Yuliyadan ayrıldığı üçün peşman olmadığını bildirib. 

O, əlavə edib ki, indi Baranovskaya ilə çətin ünsiyyət qurur: 

"Düşünürəm ki, o, yaxşı işləyir".

Arşavin və Baranovskaya 9 illik evlilikdən sonra 2012-ci ildə ayrılıblar. Onların üç övladı var: oğlu Artem (2005), qızı Yana (2008) və oğlu Arsen (2012).

Qeyd edək ki, Arşavin karyerası ərzində Rusiyanın "Zenit", "Kuban" və Qazaxıstanın "Kayrat" klublarında çıxış edib. 2018-ci ildə karyerasını bitirən məşhur futbolçu Rusiya millisində 74 oyun keçirib və 17 qol vurub.


Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 noyabr 2024, 13:30
Top