"Fermerlərə əlavə dəstək lazımdır" — AÇIQLAMA

İQTİSADİYYAT 26 noyabr 2024, 17:35
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinə verilən güzəştin müddəti uzadılıb. Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib ki, 2027-ci ilədək bu fəaliyyət üzrə satışdankənar gəlirlər, habelə verilən subsidiyalar vergidən azad edilib. Kənd təsərrüfatı müəssisələrindən əldə edilən dividend gəlirləri 2023-cü ildən 4 il müddətinə vergidən azad edilib. Eyni zamanda, aqrar emal fəaliyyəti ilə bağlı güzəştlər verilib. Heyvan və quş ətinin satışı ƏDV-dən azad edilib. 

İqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında bildirib ki, bu güzəştlərin fermerlərə faydası var:

“Sözsüz ki bu güzəştlərin fermerlərə müəyyən faydası var. Vergi yükü azalanda fermerlərin vəziyyəti bir qədər yüngülləşir, mənfəətləri artır. Amma bu, Azərbaycan fermeri üçün kifayət deyil. Fermerlərə əlavə dəstək lazımdır. Subsidiyalar artırılmalıdır, onun ödənilməsi sistemini səmərəliləşdirmək lazımdır. Təqdirəlayiq haldır ki hökumət belə güzəştlər edir. 2023-cü ildən əvvəl də güzəştlər olub, torpaq islahatı keçirilən gündən indiyə qədər. Kənd təsərrüfatı ilə məşğul olan fermerlər torpaq vergisindən başqa bütün digər vergilərdən azaddırlar. Lakin kənd təsərrüfatının inkişaf etdirilməsi üçün hələ çox işlər görülməlidir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 noyabr 2024, 17:56
Top