Salyan rayonunda 1973-cü il təvəllüdlü Süleyman Dadaşov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Teymur Həsənova xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 14 fevral 2024-cü ildə Salyan rayonu Qaraçala qəsəbəsində baş verib. Süleyman həmin gün saat 19:30-da qəsəbə ərazisində yerləşən Teymura məxsus ərzaq mağazasına gəlib və üzərindən silah qismində istifadə olunan bıçaqla heç bir səbəb olmadan onun üzərinə hücum çəkib.
Süleyman zor tətbiq edilməsi ilə hədələməklə Teymuru və ailə üzvlərini dəfələrlə nalayiq söyüşlərlə təhqir edib, səbəbsiz yerə 30-40 dəqiqə müddətində münaqişə yaradıb.
Daha sonra öz qərəzli hərəkətlərini davam etdirib və Teymura məxsus mağazada olan əşyaları vuraraq dağıdıb. 1 ədəd 170 manat dəyərində soyuducu şüşəsini və 80 manat dəyərində mağazanın giriş qapısının şüşəsini əli ilə sındırıb.
Nəticəsində Süleyman Teymura ümumilikdə 250 manat maddi ziyan vurub, silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq edib.
Hadisəni törədən Süleymanın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Süleyman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Qarabağ Müharibə iştirakçısıdır və 1-ci qrup əlildir: “Evim yoxdur, əlil kimi mənə düşən ev verilmədiyi üçün özümü pis hiss edirəm. Fikirli olduğum üçün spirtli içki içirəm. Bir dəfə spirtli içdikdən sonra günlərlə spirtli içki içirəm. Mən qəsəbədə olan mağazalardan nisyə aldığım əşyaların pulunu sonradan son qəpiyinə kimi verirəm. Mübahisəyə səbəb üç gün ardıcıl araq içdiyimə görə Teymurun mağazasına nəsə almaq istəmişdim. İndi yadımda deyil ki, nə almaq istəmişəm. Teymur söyüş söydüyü üçün mən də hirislənərək özümdən çıxmışam. Hadisədən sonra etdiyim hərəkətə görə peşman olmuşam. Sonradan bilmişəm ki, mübahisə vaxtı mağazaya Teymurla anası Möminə xanım da gəldi. Mən bunu bildikdən sonra Mömünə xanımın yanına gedərək üzr istəmişəm. Xəstəliklərdən əziyyət çəkirəm, əsəbi olanda danışığımı itirirəm, əllərim əsir”.
Təqsirləndirilən şəxs bildirib ki, Teymurla mübahisə edərkən mağazada kimlərin olmasını bilmir: “Sonradan mənə deyildi ki, mağazada satıçı Rusif və Əhməd də olub. Mağazanın və soyuducunun şüşəsini vuraraq sındırmışam. Əlimdə bıçaq olub, mən bıçağı yəqin ki, mağazadan götürmüşəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Teymurun sözlərinə görə, Süleyman ilə həmkəndli olaraq münasibəti həmişə yaxşı olub və aralarında heç bir ədavəti olmayıb: “Kəndin girişində özümə məxsus ərzaq mağazası 2006-cı ildən fəaliyyət göstərir. Süleyman əvvəllər də bir neçə dəfə həmin mağazaya gələrək ərzaq almaqla yanaşı mənimlə münaqişə yaratsa da, mən hər dəfə şikayət etməmişəm”.
Zərərçəkmiş qeyd edib ki, fevralın 14-də həyat yoldaşını Bakı şəhərində həkimdən gətirib və evdə istirahət edərkən mağazada müvvəqəti olaraq onu əvəz edən satıcı mobil telefonuna zəng edib, Süleymanın yenə də gəldiyini deyib: “Mən evdən çıxan zaman anam da mənimlə gəlmək istədiyini bildirdi. Birlikdə mağazaya gəldik. Mağazada Süleyman Əhməd adlı kənd sakini ilə mübahisə etdiyini gördüm. Bir neçə dəqiqə sonra həmin mağazaya gələndə gördüm ki, Süleyman sərxoş halda mağazada alıcı olan, həmkəndlimiz ilə nəyəsə görə mübahisə edərək onu nalayiq söyüşlərlə təhqir edir. Həmin şəxs də ona baş qoşmayaraq getdi. Mən də mağazaya girən kimi kassanın yanına keçdim. Süleymanın sərxoş olmasına və nalayiq söyüşlər söyməsinə görə ona əhəmiyyət vermədim. Ona əhəmiyyət verməsəm də, lakin Süleyman heç bir səbəb olmadan uca səslə məni və ailə üzvlərimi pis söyüşlərlə söyərək təhqir etdi. Sonra üzərimə gələrək əlində olan bıçaqla mənə qarşı zor tətbiq edərək vurmaq istədi”.
Teymur bildirib ki, həmin vaxt orada olan, həmkəndliləri Rusif və Araz adlı şəxslər Süleymanın qarşısına keçib, onu sakitləşdirib və oradan uzaqlaşdırmaq istəsələr də, lakin Süleymanı saxlamaq mümkün olmayıb: “Süleymanın bu kimi hərəkətlərinə görə həmin şəxslər ilə yanaşı anam da ondan sakitləşməsini tələb etdi. Amma Süleyman orada heç kimə məhəl qoymadı, yenə də dayanmaq bilmədi. Onu mağazadan bayıra çıxartmağa çalışsaq da, yenidən mağazaya qayıtdı, məni və ailə üzvlərimi nalayiq söyüşlərlə söyməyə davam etdi. Əlində olan bıçaqla məni vuracağı ilə hədə-qorxu gəldi. Həmin vaxt Süleyman qərəzli hərəkətlərini bir az artıraraq yumruğu ilə piştaxtanın qarşısında olan ət məhsulları yığdığı soyuducunun və giriş qapının şüşəsini vuraraq sındırdı. Bundan əlavə mağazada olan əşyaları dağıdaraq dağınıq hala saldı. Süleymanı heç kim sakitləşdirə bilmədi. Orada olan şəxslər Süleymanı mağazadan çölə çıxardan da, məni vuracağı ilə hədələdiyi mətbəx bıçağı yerə düşdü. Mən bıçağı götürdüm. Süleymanın mənə qarşı bu kimi hərəkətləri təxminən 1 saata qədər davam etdi. Daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim. Oraya gələn Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarına ərizə ilə müraciət etdim”.
Zərərçəkmiş qeyd edib ki, Süleymanın bu müddət ərzində etdiyi qərəzli hərəkətlərini öz mobil telefonu ilə videoçəkiliş etdiyi üçün həmin video görüntüləri və Süleymana məxsus, yerə düşdükdən sonra götürdüyü bıçağı polis əməkdaşlarına təqdim edib. O, bildirib ki, Süleyman soyuducunun şüşəsini sındırmaqla 170 manat, mağazanın giriş qapısının şüşəsini sındırmaqla 80 manat ziyan vurub. Teymur deyib ki, ona vurulmuş ziyan ödənilsə də, Süleymanın barəsində şikayətçidir.
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Süleyman 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az