Mirzoyan gülünc duruma düşdü: Hələ təyin olunmayan naziri təbrik etdi

DÜNYA 26 noyabr 2024, 11:22
Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Nazirlər Kabineti hələ formalaşmayıb, lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maka Botçorişvilini Gürcüstanın xarici işlər naziri postuna “təyin edilməsi” münasibətilə təbrik edib.

Demokrat.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

"Maka Botçorişvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Biz Ermənistan və Gürcüstan arasında strateji tərəfdaşlığı gücləndirmək, ümumi məqsədlərimizi təşviq etmək və regionda sabitliyi təmin etmək üçün sıx əməkdaşlığa ümid edirik", - Mirzoyan sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin bu gün keçiriləcək iclasında Maka Botçorişvilinin xarici işlər naziri vəzifəsinə namizədliyi ilə bağlı məsələnin müzakirə olunacağı bildirilir.

İrakli Kobaxidzenin təklif etdiyi hökumətin tərkibini təqdim edirik:

Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili;

Ədliyyə naziri Anri Oxanaşvili

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili;

İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili;

Müdafiə naziri İrakli Çikovani;

Maliyyə naziri: Laşa Xutişvili;

Regional inkişaf və infrastruktur naziri İrakli Karseladze;

Daxili işlər naziri Vaxtanq Qomelauri;

Təhsil, elm və gənclər naziri Aleksandr Tsuladze;

İşğal olunmuş ərazilərindən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixail Sarjveladze;

Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri, Thea Axvlediani;

Mədəniyyət və idman naziri Tinatin Ruxadze.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
Top