Qazaxıstanda zəlzələ oldu

DÜNYA 26 noyabr 2024, 00:10
Qazaxıstanda 5,3 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Qazaxıstanın şərqində yerləşən Jetısu bölgəsində yerli vaxtla saat 23:42-də qeydə alınıb.

Yeraltı təkanların episentri Çinlə sərhəddə yerləşən Jarkent şəhərindən 40 km aralıda, ocağı isə 8 km dərinlikdə yerləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top