"Bəzən elə tullantılar atılır ki..." — AÇIQLAMA

GÜNDƏM 25 noyabr 2024, 18:58
 “Yay vaxtı  dəniz kənarında olarkən müşahidə edirəm ki, insanlar uşaqlarının bezini çimərliyə atıb gedir. Onların əvəzinə mən utanıram.  İstirahət yerlərində, meşə zolaqlarında kişilər içkilərin boş şüşəsini təbiətə atır. Bəzən qadınların təbiətə elə şeylər atdığını görürəm ki, utanıram. 

Bu sözləri Demokrat.az-a ekoloq Qorxmaz İbrahimli deyib:

Uşaq bezləri o qədər də gec çürüyən material sayılmır. Cırt-cırtlı, yapışqanlı yerləri digər hissələrə nisbətən daha gec çürüyür. Uşaq bezinin və ya digər maddələrin təbiətdə tez əriməsi o demək deyil ki, təbiətə atılmalıdır. Yeyilən meyvənin tumunun və.s meşə kimi yerlərə atılması normal haldır. Çünki həmin tum münbitləşmə yaradır. Torpağa fayda verir. 
Ancaq başqa tullantılar təbiətə ancaq zərər verir.Bunlar mədəniyyət və təhsil məsələsidir. Bizə milli ibtidai təhsil qanunu lazımdır. Bu qanunun müzakirəsində iştirak etməyi çox istəyərdim.  Üç yaşından başlayaraq düzgün vətəndaş, savadlı ana, savadlı ata yetişdirmək vacibdir. Xüsusilə analarımız oxumuş, savadlı olmalı, minimal şeyləri bilməlidirlər. İbtidai sinif müəllimi hazırlayan fakültələr, televiziyalar çox şeylər etməlidirlər. Bunlar komplex şəkildə həll olunmalıdır. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top