35 su nəqliyyatı vasitəsi hərraca çıxarılır — SİYAHI

SOSİAL 22 noyabr 2024, 14:28
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) balansında olan 35 su nəqliyyatı vasitəsini açıq hərraca çıxarır. 

Demokrat.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, hərrac dekabrın 24-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək. 

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ASCO-nun hesabına beh ödəməlidir. 







 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top