İngiltərədən olan bir adam bərpa edilmiş nüvə bunkerini satışa çıxarıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.
Belə bir obyekt üçün alıcı 19 min dollar ödəməli olacaq.
Qərbi Yorkşir ştatının Pontefrakt şəhərindən olan Con Qreyvs yeraltı nüvə bunkerini hərraca çıxarmaq qərarına gəlib.
Bir vaxtlar Böyük Britaniyada radioaktiv partlayışları izləmək üçün istifadə edilən unikal struktur indi dincəlmək və musiqi yazmaq üçün rahat məkana çevrilib.
1964-cü ildən 1991-ci ilə qədər istifadədə olan bunker 2021-ci ildə Qreyvs onu alarkən betonla örtülü olub. İçəri girən kimi o, yeraltı sığınacının nisbətən yaxşı vəziyyətdə olduğunu görüb. Britaniyalı bunkerin tarixi atmosferini qoruyaraq bərpa etmək qərarına gəlib.
Bunkerin təxmini qiyməti 19 min dollardır. Qreyvs qeyd edib ki, əmlak qeydiyyata alınmayıb və bu, gələcək alıcılara planlaşdırma icazəsi alındıqdan sonra onu uyğun gördükləri kimi yenidən inkişaf etdirməyinə imkan verəcək.
Əfsanə Kamal
Demokrat.az