Husilər Türkiyə gəmisini vurdular

DÜNYA 19 noyabr 2024, 21:40
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Qırmızı dənizdə üzən Türkiyənin "Anadolu S" yük daşıyan gəmisinə raket zərbəsi endiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

Hərəkatın sözçüsü husilərə məxsus "Əl Məsirə" telekanalında bəyan edib ki, "Yəmən donanması əməliyyat keçirərək, Qırmızı dənizdə olan "Anadolu S"ə bir neçə ballistik və gəmi əleyhinə raketlərlə hücum edib".

Qeyd edək ki, İstanbulda yerləşən "Oras Shipping" şirkətinə məxsus "Anadolu S" Panama bayrağı altında üzür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
Top