Paraqvay Prezidenti G20 sammitində xəstəxanalıq oldu

DÜNYA 19 noyabr 2024, 09:00
Paraqvay Prezidenti Santiaqo Penya sinə ağrısı səbəbilə Rio-de-Janeyroda keçirilən G20 zirvəsini təcili yardım maşını ilə tərk edib.

Demokrat.az xəbər verir ki, bu barədə “Ultima Hora” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 46 yaşlı dövlət başçısı ürək nahiyəsində ağrılardan şikayətlənib.

Penya xəstəxanaya yerləşdirilməzdən əvvəl sammitin keçirildiyi Müasir İncəsənət Muzeyində həkimlər briqadası tərəfindən müayinə olunub. Daha sonra Rio-de-Janeyroda yerləşən “Samaritano” xəstəxanasına aparılıb.

Dövlət başçısının müşahidə üçün bir gün klinikada qalacağı deyilir. 

Paraqvayın vitse-prezidenti Pedro Alliana prezidentlə danışdığını, vəziyyətinin yaxşı olduğunu və tibbi müayinələrin nəticələrini gözlədiyini bildirib.

Onun sammitdə iştiraka davam edəcəyi ilə bağlı məlumat verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
Top