COP29 sammitində Azərbaycan karbon bazarlarını irəli aparan iki sazişin bağlanmasına nail olub.
Bunu COP29 kuluarlarında Rusiyanın beynəlxalq təşkilatlarla əlaqələr üzrə prezident nümayəndəsi Boris Titov NEWS.ru-ya bildirib.
Onun sözlərinə görə, Bakıdakı iqlim konfransının iştirakçıları 15 il ərzində tərpənməz qalan bəzi bəndləri olan Paris sazişlərinə qayıdıblar. "İndi nəhayət ki, bütün ölkələr üçün harmonikləşdirilmiş karbon bazarlarına start verilib. Başqa məsələ budur ki, hər ölkə öz modelini inkişaf etdirir. Məcburi bazarın formalaşması üçün əsas yaranıb", - deyə o deyib.
Rəsmi bildirib ki, Rusiyanın müəssisələrin istixana qazı emissiyaları üçün kvotalar aldığı "Saxalin eksperimenti" var. "Kvotaların aşılmasına görə cərimələr tətbiq olunur. Bu, məcburi bazarın formalaşması üçün əsasdır. Müəssisələr cərimə şəklində ödəyə bilər və ya ekoloji və digər layihələrdə yaranan karbon vahidləri şəklində ödəyə bilər", - Titov vurğulayıb.(Report)