Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb — VİDEO

GÜNDƏM 16 noyabr 2024, 23:59
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb.

Demokrat.az xəbər verir ki, paylaşımda bu fikirlər yer alıb:

"Son dövrlərdə Ermənistanın hərbi işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri sıfır emissiya və yaşıl enerji zonası elan edilib. 30 il davam edən hərbi işğal bölgənin ekosisteminə ciddi ziyan vurub. Əgər Ermənistanın hərbi işğalı olmasaydı, Azərbaycan yaşıl enerji sahəsində daha böyük nailiyyətlərə imza atardı", - paylaşımda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 noyabr 2024, 20:42
Top