Prezident Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verdi

XARİCİ SİYASƏT 16 noyabr 2024, 16:42
Prezident İlham Əliyev Əl-Əzhər Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib Həzrətlərinə başsağlığı məktubu göndərib.

Demokrat.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 noyabr 2024, 20:42
Top