Sumqayıtda qadın pomidor turşusundan zəhərlənib öldü — VİDEO

HADİSƏ 15 noyabr 2024, 09:41
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.

Hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün 12.11.2024-cü il tarixində Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib.

O bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 noyabr 2024, 19:46
Top