Almaniya təyyarəsi hava burulğanına düşüb, xəsarət alanlar var

HADİSƏ 12 noyabr 2024, 23:57
Almaniyanın “Lufthansa” aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankfurta uçan təyyarəsi güclü turbulentliyə (hava burulğanı - red) düşüb.

Məlumata görə, hadisə nəticəsində 11 nəfər yaralanıb. Alman mətbuatının məlumatına görə, 39 sərnişini olan “Boeing 747-8” təyyarəsi Atlantika səması üzərində güclü turbulentliklə üzləşib. Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir.

Təyyarə endikdən sonra yaralılar xəstəxanaya göndərilib. “Lufthansa” səlahiyyətliləri heç bir uçuş təhlükəsizliyi probleminin olmadığını bildiriblər.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top