Ərdoğan: "İsrail Qəzzada ekoloji fəlakət törədir"

GÜNDƏM 12 noyabr 2024, 20:30
Prezident Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Dünya Liderlərinin İqlim Sammitindəki çıxışında İsrailin Qəzzaya hücumlarının səbəb olduğu ekoloji böhrandan danışıb. 

Sitat.info xəbər verir ki, Ərdoğan məsələyə hüquqi qiymət verilməsini tələb edib:

"İsrailin hücumları nəticəsində torpağa və qrunt sularına sızan kimyəvi maddələr artıq Qəzzalı uşaqların gələcəyinə kölgə salıb. Düşünürük ki, bu ağır humanitar və ekoloji fəlakətə səbəb olanlar beynəlxalq məhkəmələr qarşısında cavab verməlidirlər". 

Qardaş ölkənin dövlət başçısı vurğulayıb ki, Yaxın Şərqdə törədilən qırğınlar bu sammitdə səsləndirilən prinsiplərə ziddir: "Hörmətli iştirakçılar, gələcək nəsillər üçün ədalətli, davamlı və təbiətə dost dünya qurmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında gələcək paktını qəbul etdik. Bu gün biz gələcək nəsillərə daha ədalətli bir dünya buraxmaqdan danışarkən, İsrailin Fələstini və Livanı hədəf alan qanunsuz, əxlaqsız və vicdansız hücumları davam edir. Təəssüflər olsun ki, indiki İsrail hakimiyyəti insanları, o cümlədən uşaqları, qadınları, qocaları qətlə yetirməkdə və böyük ekoloji təxribat törətməkdə davam edir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 noyabr 2024, 00:09
13 noyabr 2024, 20:36
Top