DİM ədliyyə orqanlarına imtahan vermək istəyənlərə müraciət etdi

SOSİAL 09 noyabr 2024, 14:46

Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərə müraciət edib.

Demokrat.az-ın məlumatına görə, DİM-dən bildirilib ki, ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər 9 noyabr saat 14:00-dan 25 noyabr saat 11:00-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər:

//exidmet.dim.gov.az/elimt/JusticeTest

Test imtahanı 1 dekabr 2024-cü il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 noyabr 2024, 10:14
13 noyabr 2024, 08:30
Top