Pakistanda dəmir yolu stansiyasında PARTLAYIŞ: 24 ölü, 44 yaralı

DÜNYA 09 noyabr 2024, 11:50
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib.

Demokrat.az Geo TV-yə istinadən xəbər verir ki, nəticədə azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb.
 
Bəlucistan polisinin baş müfəttişi Muzzam Ca Ənsari bildirib ki, partlayışın hədəfi quru qoşunları məktəbinin əsgərləri olub. Onun sözlərinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

Polisin baş komandiri Muhammad Balox qeyd edib ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi güman edilir, araşdırma aparılır.

Məlumata görə, partlayış dəmir yolu vağzalında, Pişəvərə gedən ekspress təyinat yerinə getməyə hazırlaşarkən baş verib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top