Havanın çirklənməsinə görə dərslər 1 həftəlik dayandırıldı

DÜNYA 04 noyabr 2024, 23:10
Pakistanda hava çirkliliyinin rekord həddə çatdığı Lahorda bütün ibtidai məktəblərdə təhsil 1 həftə müddətinə dayandırılıb. 

Demokrat.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti xəbər yayıb.

Məlumata görə, hakimiyyət Pakistanın Pəncab əyalətinin Lahor şəhərində davam edən havanın çirklənməsinə qarşı müxtəlif tədbirlər görüb. 

Dövlət rəsmiləri havanın keyfiyyətinin azalması ilə əlaqədar şəhərdəki bütün ibtidai məktəblərdə təhsilin 1 həftə müddətinə dayandırılacağını açıqlayıb. 

Baş nazir Marriyum Aurangzeb mətbuat konfransında yüksək səviyyəli hava çirkliliyinin uşaqlar üçün təhlükəli olduğunu bildirib və məktəblərdə maskaların taxılmasının məcburi hala gətirilməli olduğunu vurğulayıb.

Hava Keyfiyyəti İndeksinin məlumatlarına görə, dünən şəhərdə havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının "məqbul" hesab etdiyi səviyyədən 40 dəfə yuxarı olub.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top