İstanbul sərgisinə qatılan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin abidəsini ziyarət edib — FOTOLAR

MƏDƏNİYYƏT 03 noyabr 2024, 15:11
41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti noyabrın 3-də şəhərin Sarıyer rayonunda yerləşən Heydər Əliyev parkında xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçinin abidəsi ziyarət olunub.

Mərasimdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Xalq yazıçısı Elçin, Türk Mədəniyyəti və İrsi Fondunun Aparat rəhbəri Fəxri Hacıyev, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, yazarlarımız və naşirlərimiz iştirak ediblər.

Ulu öndərin abidəsi önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin İstanbulun Sarıyer rayonundakı abidəsi 2006-cı ildə ucaldılıb. Həmin ilin 12 iyul tarixində Prezident İlham Əliyevin iştirakı ilə  abidənin açılışı keçirilib. 

Xatırladaq ki, Azərbaycan "Uşaqlıq şənlikdir" şüarı ilə 2-10 tarixlərində keçirilən İstanbul sərgisinin "fəxri qonaq ölkə"sidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi məkanında ölkəmizin böyük stendi qurulub.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top