İqtisadiyyat.az 6 yaşını qeyd edir

MEDİA 31 oktyabr 2024, 13:30
Bu gün İqtisadiyyat.az xəbər portalının 6 yaşı tamam olur.

2018-ci ilin oktyabrın 31-də fəaliyyətə başlayan sayt müstəqil informasiya siyasəti həyata keçirən media subyektidir. 

Portal ölkədə və dünyada baş verən ictimai, siyasi, mədəni, sosial və iqtisadi hadisələri, eləcə də bank sektorundakı yenilikləri, maliyyə və biznes xəbərlərini oxuculara çatdırır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar geniş oxucu kütləsinə təqdim olunur.

Saytın məqsədi xəbərləri oxuculara operativ, obyektiv və dəqiq şəkildə çatdırmaqdan ibarətdir. Məhz bu prinsiplərin sayəsində İqtisadiyyat.az bu gün etibarlı xəbər mənbəyinə çevrilib.

İqtisadiyyat.az saytla yanaşı böyük auditoriyaya malik olan rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə də müstəqil informasiya siyasəti həyata keçirir. Bu gün İqtisadiyyat.az-ı "Telegram"da izləyənlərin sayı 21 mini, "İnstagram"da 54 mini, "Tiktok"da 70 mini, "Facebook"da isə 85 mini ötüb.

Demokrat.az İqtisadiyyat.az-ın kollektivini təbrik edir, bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 noyabr 2024, 13:57
01 noyabr 2024, 13:25
Top