İran-İsrail münaqişəsi düşünülən qədər danışılmır. Buna əsas səbəb hücumların deyiləndən daha zəif olması oldu.
Münaqişənin bundan sonra necə davam edəcəyi haqqında güneyli politoloq Əlirza Zəmani Demokrat.az-a danışıb:
"İran-İsrail münaqişəsində iki dövlət qarşılıqlı olaraq öz auditoriyaları üçün öz əməllərinə bəraət qazandırırlar. İstəyirlər ki, öz xalqlarını razı salıb, öz güclərini nümayiş etdirsinlər. İran xalqına onları daim xarici təhdidlərdən qoruduğunu, hər an hücuma hazır olduğunu göstərmək istəyir. İsrail də bu siyasətlə hərəkət edir. Görünür ki, onların hücumları qarşı tərəfə çox da böyük ziyanlar vurmur. Amma buna baxmayaraq hücuma davam edirlər. İran 180 raket atır. Elə onların bir çoxu "Dəmir Gümbəzə" ilişir. Düşənlər də heç bir ziyan vermir. İsrailin hücumu da eyni bunun kimidir".
Onun sözlərinə görə, iddia edirlər ki, israil İranın HHM sistemini vurub və bununla yekunlaşıb.
"Təşviqat elə aparılırdı ki, guya çox böyük hücum olacaqdı, İranda geniş təxribata səbəb olacaqdı və.s. Bu proses belə davam edəcək. Hər iki tərəf ciddi və geniş müharibədən çəkinir. Amerikadakı seçkilərdən sonra qarşılıqlı atışmaları başqa mərhələyə də keçə bilər".
Mehriban Mirzəzadə
Demokrat.az