Azərbaycanın dövlət qurumları Türkiyənin Cümhuriyyət bayramını təbrik edirlər

SİYASƏT 29 oktyabr 2024, 10:49
Azərbaycanın Dövlət Sərhəd Xidməti Türkiyənin 29 Oktyabr - Cümhuriyyət bayramını təbrik edib.

Demokrat.az bildirir ki, bununla bağlı qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

"Cümhuriyyətin 101-ci ildönümündə Türkiyə xalqına davamlı sülh, rifah və əmin-amanlıq diləyir, qardaşlığımızın gələcək nəsillərə nümunə olmasını arzu edirik!" - deyə təbrikdə bildirilir.

***09:58

Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 29 oktyabr- Türkiyənin Cümhuriyyət Günü ilə bağlı "X" hesabındakı paylaşımında yazılıb.

"29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik. Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik",- paylaşımda bildirilib.

Həmçinin, xarici işlər naziri Ceyhun Bayramov da Türkiyəni təbrik edib: "Bu əziz gündə, qardaş ölkəmizin qurucularının, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Türkiyə Respublikasının daha da güclənməsini və inkişaf etməsini arzulayırıq".

***09:28

Azərbaycanın Müdafiə Nazirliyi Türkiyənin 29 Oktyabr - Cümhuriyyət bayramını təbrik edib.

Demokrat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

"Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə təbrik edirik. Qardaş Türkiyənin Cümhuriyyəti hər zaman güclü və daimi olsun! Yaşa, var ol, Türkiyə!" - deyə təbrikdə bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top