Azərbaycanda keçirləcək COP29 tədbirinə Ermənistanın rəsmi nümayəndələrinin dəvət edilməsi birmənalı qarşılanmayıb. Siyasi masada olan prinsiplər hər kəsə aydın olmur.
Qafqazda sülh yaratmaq istəyən dövlət olan Azərbaycanın bu addımını Demokrat.az-a politoloq Oqtay Qasımov şərh edib:
"Nəzərə almaq lazımdır ki, COP29 BMT-nın təşkil etdiyi konfransdır. Konfransın Azərbaycanda keçirilməsi birbaşa Azərbaycanın təşəbbüsü ilə baş tutmur. Təşkilatçı Azərbaycandır. Ermənistan tərəfinin də konfransa dəvəti normal qarşılanmalıdır. Çünki bu beynəlxalq iqlim problemləri ilə bağlı olan tədbirdir. Digər yandan Azərbaycan bölgədə sülhün tərəfdarı olan ölkədir. Məhz buna görə tədbirə dəvət də Azərbaycanın xoşməramlı davranışıdır".
Politoloq qeyd edib ki, bu iz Qafqazda əgər sülh istəyiriksə, bu cür addımlar atmalıyıq:
"Nəzərə alaq ki, keçən il Ermənistan COP29un ölkəmizdə təşkil olunması üçün razılıq verdi və öz namizədliyini geri çəkdi. Azərbaycan da təbii ki, bunu qarşılıqsız buraxmır. Bu dəvət də qeyd etdiyim səbəblərə görə normal qarşılanmalıdır.Ermənistan dəvəti qəbul etməsə, Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil.Ermənistanın dəvəti qəbul edib etməməyi öz problemidir. Edəcəklərsə, onlar da bir addım atmış olacaq. Əksi olarsa, deməli, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. Vaxtı ilə Azərbaycanın Ermənistanda keçirilən beynəlxalq tədbirlərdə rəsmi nümayəndələri iştirak ediblər".
Mehriban Mirzəzadə
Demokrat.az