"Avropa İttifaqının müşahidə missiyasının son vaxtlar aktivləşməsi görünən təzahürdür. Bu da təsadüfi deyil. Biz öncədən də görürdük ki, COP29 yaxınlaşdıqca Azərbaycana müxtəlif təzyiqlər güclənir. Fikrimcə, Avropa Birliyinin müşahidəçilərinin sərhədimizdə aktivləşməsi də məhz COP29 ərəfəsində Azərbaycana olan təzyiqin dolayı formasıdır".
Bu sözləri Demokrat.az-a politoloq Aydın Quliyev deyib:
"İkincisi, Azərbaycan artıq məsələni konkret şəkildə qoyur ki, Avropa Birliyinin Ermənistan müşahidə missiyası yanvar ayının 1-dən ölkəni tərk etməlidirlər. Çünki onların burda olan mövcudluğu ölkəyə sabitlik və təhlükəsizlik gətirmək əvəzinə yeni təhdid mənbəyinə çevrilib. Əgər Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası üçün danışıqlar başlayıbsa, müşahidəçiyə ehtiyac qalmır"
Politoloqun fikrincə, onların Ermənistana gəlməsi iki ilə hesablanan proqram deyildi:
"Həm məntiqi-siyasi, həm də hüquqi olaraq müşahidənin vaxtı sona çatıb. Azərbaycan düzgün mövqedədir. Avropa Birliyi təbii ki, bundan məmnun deyil. Onlar mümkün qədər çox qalmaq, Qərbin bölgədə dayaq nöqtəsinə çevrilmək, Azərbaycanı təhdid altında saxlamaq istəyirdilər. Belə şəraitdə Azərbaycanın getməkləri üçün tələb irəli sürməsi onları aktivləşdirir. Beləliklə, Avropa Birliyinin Azərbaycana qarşı aktivliyini bizim haqlı tərəflərimizə qarşı müqavimət kimi düşünmək olar. Avropa Birliyinin müşahidə missiyası Ermənistanın Rusiya ilə bağlı vasitəçi platformalardan imtina etməsindən ruhlanırlar. Ermənistan Qərb platformaları ilə daha yaxındır, nəinki Rusiya platformaları ilə. Onların indiki şəraitdə aktivləşməsi Ermənistana verilən avantajdır".
Mehriban Mirzəzadə
Demokrat.az