Kral nəslindən olan dünya kino ulduzları kimlərdir? — FOTOLAR

DÜNYA 25 oktyabr 2024, 11:15

Hollivud ulduzu, aktyor Conni Deppin də kral köklərinə malik olduğu məlum olub. Lakin aktyorun heç vaxt Böyük Britaniya taxt-tacının varisinə çevrilmək və krallığı qazanmaq şansı olmayacaq.

Hollivud ulduzlarının, həmçinin tanınmış kino sənətçilərinin nəsil şəcərəsi ilə bağlı aparılan yeni araşdırmalar zamanı Conni Deppin əcdadları haqqında çox böyük və təəccüb doğuracaq maraqlı faktların üzə çıxdığı məlum olub. Aparılan tədqiqatlar göstərib ki, aktyor hökmdar nəslindəndir və mərhum kraliça II Yelizavetanın uzaq qohumudur.

Bu barədə mövzu açanlar “Mənim İrsim” İnstitutunda geniş müzakirələr aparıblar. Alimlər məşhur insanların məlumatlarını tədqiq etməklə müəyyən ediblər ki, kino ulduzu öz qohumluğunu irsi olaraq 14-cü əsrdə hakimiyyətdə olmuş Britaniya kralı III Edvardla bağlaya bilər.

Bu əlaqə isə aktyorun əcdadlarından biri sayılan Marqaret Persinin atası, üçüncü Northumberland Earl vasitəsilə baş verir. Britaniya Kraliçası ikinci Yelizaveta eyni monarxın nəslindən olduğundan, Conni ilə Elizabet iyirminci dərəcədə məsafə ilə əmiuşağı sayılırlar.

“Ancaq Conni Depp kral əcdadlarını kəşf edən yeganə şəxs deyil. Ancelina Colinin də maraqlı bir şəcərəsi var: ana tərəfdən aktrisanın nəsli Kral Lüdovik VII-nin oğlu II Filipə qədər gedib çıxır”.

Aktrisa, model Bruk Şilds də öz əcdadını 16-cı əsrdə hökmranlıq edən Fransa kralı II Henrixdən götürür.

Müğənni Taylor Sviftin tarixə, ədəbiyyata təsiri ilə tanınan XIV Lüdovikin nəslindən olduğu ortaya çıxıb.

Kanadalı müğənni Selin Dionun Britaniya kralı III Çarlzın həyat yoldaşı kimi tanınan Kraliça Kamilla ilə qohumluğu məlumdur.

Məşhur “Taxt-tac oyunları” serialında rol alan britaniyalı aktyor Kit Harinqtonun da nəsil ağacında kral köklərinin olduğu ortaya çıxıb. Onun Böyük Britaniya Kralı II Çarlzın nəslindən olduğu deyilir. Daha bir maraqlı məqam ondadır ki, bu sahəni tədqiq edən elm adamlarının böyük nəsil əlaqələrini tam anlamaqdan ötrü əslində kompleks araşdırmalar da aparmayıblar. Çünki aktyor kimi Kit Harinqton həmişə aristokrat əcdadları haqqında məlumatı olub və onun ailəsi fəxrlə bu böyük tarixə ehtiram göstərməklə babalarına məxsus olan bütün titulları qoruyub saxlayıb. Bu adətlər Kitə böyük bir ailənin davamçısı kimi öz zadəgan ənənələrini saxlamağa stimul verib.

“Mənim İrsim” İnstitutunun tədqiqatçıları bildiriblər ki, Avropa monarxları arasında amerikalıların, kanadalıların əcdadlarının olması təəccüblü olmamalıdır. Onların bir çoxu müxtəlif dövrlərdə “Yeni Dünya”-ya mühacirət etdiyindən məhz buna görə də bir çoxlarının nəsilləri tarixlə gözlənilməz əlaqələrə malik ola bilərdi. Əslində isə bu cür kökənli, həmçinin də qədim şəcərəyə malik insanların haqqında üzə çıxan belə maraqlı faktlar təəccüb doğurmamalı və geniş araşdırılmalıdır.

Mövzu ətrafında müzakirələr aparan elm adamları onu da vurğulayıblar ki, Şimali Amerikalıların əcdadlarında da çox sayda belə sürprizlər var. (Azpost.info)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top