ADY stansiyalarında ödənişlər üztanıma ilə həyata keçiriləcək

SOSİAL 23 oktyabr 2024, 15:14
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin stansiyalarında ödənişlər tezliklə üztanıma ilə həyata keçiriləcək.

Demokrat.az xəbər verir ki, bunu "AzİnTelekom" MMC-nin nümayəndəsi Tamerlan Məşhədihəsənli deyib.

O bildirib ki, artıq ADY ilə bu prosesə başlanılıb: "Bu, yaxın vaxtlarda həyata keçiriləcək. Yəni ADY-nin stansiyalarında ödənişlərin həyata keçirilməsi üztanıma ilə olacaq. Bundan başqa, binaların girişlərində bu sistemlərin istifadəsi üzərində də işlər gedir".

O qeyd edib ki, şirkət daxilində bunun testləri aparılır: "Testlər uğurlu olsa, növbəti ildən bunun yerli bazarda satışına başlayacağıq". (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top