“Çoxları COP29-dan əvvəl sülh sazişinin imzalanmasını istərdi, lakin...”

XARİCİ SİYASƏT 23 oktyabr 2024, 13:41
“Çoxları COP29-dan əvvəl rəsmi sülh sazişinin imzalanmasını istərdi, lakin danışıqlar otağında sazişi razılaşdıran iki tərəfin çox fərqli təklifləri var”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın “Financial Times” nəşrinə açıqlamasında söyləyib.

O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı revanşist ərazi iddiası yer alır. Sülh sazişini yekunlaşdıra biləcəyimiz sürət daha çox Ermənistanın bu məsələni nə qədər tez həll edə biləcəyindən asılıdır:

“Bunu durğunluq adlandıran tənqidçilər özlərinə sual verməlidir ki, hələ də onlara qarşı ərazi iddiası irəli sürən keçmiş düşməni ilə sülh sazişi imzalaya bilərmi? Bununla belə, sazişin imzalanmasının COP-un başlayacağı vaxta qədər baş verib-verməyəcəyindən asılı olmayaraq, göstərilən səylər baxımından bu tədbir sülh konfransı olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top