Ermənistan parlamenti sərhədlərin delimitasiyası üzrə komissiyaların reqlamentini təsdiqləyib

XARİCİ SİYASƏT 23 oktyabr 2024, 10:19
Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib.

Demokrat.az xəbvər verir ki, qanun layihəsi Ermənistan parlamentinin bu gün keçirilmiş iclasında təsdiqlənib.

Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib.

Müxalifətdən olan deputatlar isə əvvəldən qanun layihəsinin müzakirəsini boykot edəcəyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top