Şəmkirdə ağır qəza — 3 nəfər yaralandı

HADİSƏ 22 oktyabr 2024, 09:06
Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az-ın məlumatına görə, "Səbət Bazarı" adlanan ərazinin yaxınlığında 2 avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü R.Rzayev, 1977-ci il təvəllüdlü İ.Hüseynova və 1949-cu il təvəllüdlü S.Məmmədrzayev xəsarət alıb.

Eyni zamanda, qəzanın zərcirvari olduğu, bir neçə avtomobilin toqquşduğu da bildirilir.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top