Ölkədəki marketlər şəbəkələrində tez-tez endirimli məhsullara rast gəlirik. Endirimlərdə bəzən insanları aldadan məqamlar da olur. Kiçik rəqəmlərdə olmasa da, böyük rəqəmlərdə aldadıcı taktikalar gözdən qaçmır.
Bəs endirimdə olan məhsulları alarkən vətəndaşlar nəyə diqqət yetirməlidir?
Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov Demokrat.az-ın sualını cavablandırıb:
"Endirimdə olan malları alarkən istehlakçılar diqqətli olmalıdır. Adətən, etiketi dəyişdirilən mallar endirimə tabe edilir. Əlbəttə, həqiqi endirimlər də var. Alıcını isə bəzən aldadırlar. Malın üzərində endirimli qiymət qeyd olunur. Kassada isə məhsulun daha baha qiyməti olduğu ortaya çıxır. Çox zaman alıcılar alış çekinə nəzər yetirmir. Nəticədə aldadılırlar"
Ekspert bildirib ki, istehlakçının hüququ var ki, son nəticədə malın üzərində olan qiyməti ödəsin. Səhvlik olub kimi sözlərə aldanmasınlar. Dərhal rəhbərlikdə biri ilə əlaqə saxlayıb, qiymətin dəyişdirilməsinə nail olsunlar.
Alınmasa, 195 qaynar xəttinə zəng vurub, iradlarını bildirsinlər. Bütün hallarda istehlakçı haqlıdır.
Mehriban Mirzəzadə
Demokrat.az