Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illiyi qeyd olundu — FOTOLAR

MƏDƏNİYYƏT 21 oktyabr 2024, 14:40
 Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı baş tutub. 

Gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbər və dirijorluğu ilə Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zaminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev, Xəyal Əliyev bəstəkarın "Arazım", "İlk sevgi", "Qızlar bulağı", "Dedi tələsmə", "Küsüb məndən", "Doğma diyarım", "Həyat söylə sən kiminsən", "Bir kölün sındırmışam", "Azərbaycan dünyam mənim"  mahnılarını səsləndiriblər. 

Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top