Özü ilə evləndi — Məşhur müğənidən şok açıqlama (FOTOLAR)

ŞOU-BİZNES 21 oktyabr 2024, 13:51
Özündən 12 yaş kiçik Sem Asgeridən qalmaqallı şəkildə boşanan məşhur müğənni Britni Spirs şok addım atıb.

Demokrat.az
xəbər verir ki, gəlinlik geyinən sənətçi evləndiyini elan edib. Amma çox keçmədən əsl həqiqət üzə çıxıb.

Bəlli olub ki, Spirs özü ilə evlənib. Bu barədə 42 yaşlı sənətçi "Instagram"da açıqlama verib: "Özümlə evləndiyim gün... Bu, utanc verici və ya axmaq görünə bilər, amma məncə, bu, indiyə qədər etdiyim ən böyük şeydir!"

Qeyd edək ki, Sem Asgeri 14 aylıq evlilikdən sonra ötən ilin avqust ayında Spirsə boşanma davası açmışdı. Qalmaqallı prosesin sonunda onlar anlaşıb və bu ilin may ayında rəsmən boşanıblar.

Sənətçi 2004-cü ildə Cason Allen Aleksanderlə evlənib və qısa müddət sonra boşanıb. Spirs 2004-2007-ci illərdə Kevin Federline ilə evli olub.





Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top