"COP29 ölkəmizin tanınmasında ən vacib tədbirlərdən biridir" — AÇIQLAMA

COP29 19 oktyabr 2024, 18:45
Son zamanlar Azərbaycanda ən çox danışılan mövzu COP29 tədbirinin keçirilməsidir. Tədbirlə bağlı yayılan bir çox dezinformasiyalar təkzib edilir. Ekspertlər tədbirin Azərbaycanın nüfuzuna çox böyük fayda verəcəyini ilk gündən qeyd edirlər. 

"COP29-un ölkəmizə bir çox sahələrdə faydaları olacaq. Əsas odur ki, COP29 ölkəmizin tanınmasında ən vacib tədbirlərdən biridir".

 Bu sözləri Demokrat.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib: 

"Buna qədər də Azərbaycanda ciddi beynəlxalq tədbirlər keçirilib. Amma  COP29 dünya miqyasında ən çox tanınan tədbirlərdəndir. Ölkənin tanıtımına, turizminə, ölkəyə olan marağın artmasına, investisiya cəlbinə ciddi təsir edəcək.
Bundan başqa COP29 yaşıl enerjiyə, bərpa olunan enerjiyə keçidlə əlaqəlidir. Bu sahədə də Azərbaycanın böyük potensialı var. COP29 zamanı imzalanacaq müqavilələr və danışıqlar Azərbaycanın bərpa olunan enerji potensialından daha yaxşı istifadə etmək imkanı yaradacaq. Bu da əlavə iş və fürsətlər deməkdir". 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top