"Əcnəbi tələbələri yaşayış yeri ilə təmin etmək lazımdır" — AÇIQLAMA

GÜNDƏM 15 oktyabr 2024, 21:32
Əcnəbi tələbələrin Azərbaycanda təhsil almağa cəlb edilməsi üçün bir sıra işlər görülür. Azərbaycandan xaricə tələbə axını çox olsa da, xaricdən ölkəmizə oxumağa gələnlərin sayı kifayət qədər deyil. Xarici tələbələrin sayını artırmaq məqsədlə “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) həyata keçirilir. Elm və Təhsil Nazirliyinin məlumatına görə 2024-2025-ci tədris ili üzrə 47 xarici tələbə Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. 

Təhsil eksperti Səbuhi Abdullayev Demokrat.az-a açıqlamasında xarici tələbələrin Azərbaycanda təhsil almasının əhəmiyyət daşıdığını deyib:

“Bu həm iqtisadi baxımdan, həm də Azərbaycanın mədəniyyətinin, tarixinin xaricdə təbliğ edilməsi, tanıdılması baxımından önəmlidir. Daha çox xarici tələbəni Azərbaycana cəlb etmək üçün onları yaşayış yeri ilə təmin etmək və yüksək təqaüd vermək vacibdir. Onların təhsil alma imkanlarının genişləndirilməsi, dövlətin buna nəzarət etməsi, həmçinin təhsildə müəyyən güzəştlər edilməsinə ehtiyac var. Azərbaycandan ildə minlərlə tələbə xarici ölkələrə təhsil almağa üz tutur, Azərbaycana xaricdən gələn tələbə sayı isə azdır. Bunun artırılması üçün müəyyən addımların atılması zəruridir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top