"Təqaüdlər Azərbaycandakı minimum əməkhaqqından çoxdur..." — Tələbələrə ŞAD XƏBƏR

GÜNDƏM 15 oktyabr 2024, 20:25
Gələn ildən tələbə təqaüdləri artırıla bilər. "Təhsil haqqında" Qanuna əsasən əyani təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlər təyin edilir. Məlumdur ki, tələbələrin xərcləri çoxdur, qiymətlər isə getdikcə artır, hər şey bahalaşır, nəqliyyatdan tutmuş ərzağa qədər. Belə vəziyyətdə təqaüdlərin tələbələrin zəruri xərclərini nə dərəcədə qarşıladığı sualı önə çıxır. 

Təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirərək qeyd edib ki, dünyanın əksər ölkələrində tələbə təqaüdləri zəruri xərcləri qarşılayacaq məbləğdə olur:

“Tələbələrin bütün xərclərinin təqaüd hesabına qarşılanması mümkünsüzdür. Düzdür, inkişaf etmiş ölkələrdə yüksək təqaüd verən universitetlər var, hətta bizdəki minimum əməkhaqqından daha yuxarıdır. Amma orada təhsil, qəbul şərtəri də fərqlidir. Universitetlərin, dövlətin imkanları daha genişdir. Azərbaycanda verilən tələbə təqaüdləri tələbələrin xərclərinin müəyyən qismini ödəmək üçündür. Tələbələr özləri müstəqil şəkildə müxtəlif təqaüd proqramlarından yararlana bilərlər. Azercell, Bakcell kimi şirkətlər müəyyən sahələrdə uğur qazanmış tələbələr üçün təqaüd proqramları elan edir. Bilik və savadına güvənən tələbələr bu imkanlardan yararlanmaq üçün müraciət edə bilərlər. Bununla maddi imkanlarını genişləndirə bilərlər. Azərbaycanda təqaüdlər tələbələrin akademik göstəricilərinə əsasən müəyyən olunur”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top